
Qarabağdan qovulan separatçıların sonuncu başçısı Samvel Şahramanyan İrəvanda İstintaq Komitəsinə çağırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şahramanyan qiyamçı keşiş Baqrat Qalstanyanın işi ilə bağlı dindirilmək üçün İstintaq Komitəsində ifadə verməli olacaq. Vəkil Roman Yeritsyan bu barədə Facebook səhifəsində yazıb.
O qeyd edib ki, dindirilmə bu gün keçiriləcək.