Ərdoğandan Bərzaniyə sərt təpki: AĞIR SƏHVƏ YOL VERDİ
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzaninin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı barədə açıqlamasına münasibət bildirib.

 

Senzor.az-ın məlumatına görə, dövlət başçısı Məsud Bərzaninin MHP liderinə qarşı sayğısızlıq etdiyini deyib.

 

“Müttəfiqimiz Milliyyətçi Hərəkat Partiyasının sədri cənab Dövlət Baxçalını hədəfə alan dünənki sayğısız və həddini aşan açıqlamaları qətiyyən təsdiq etmədiyimizi, bunu qəbulolunmaz hesab etdiyimizi bildirmək istəyirəm. Həm partiyamızın (AKP) sözçüsü, həm də Xarici İşlər Nazirliyi məsələ ilə bağlı narahatlığımızı açıq şəkildə ifadə edib, lazım olan diplomatik addımlar atılıb və izahat tələb olunub. Bu ağır səhvdən bir an əvvəl geri dönülməli və düzəldilməlidir”, - R.T.Ərdoğan vurğulayıb.

 

Məsud Bərzaninin Türkiyənin ictimai-siyasi dairələrində etiraz yaradan açıqlaması belədir: “Elə bilirdik ki, Dövlət Baxçalıya Allah hidayət verib, irqçilikdən və şovinizmdən əl çəkib. Ancaq görünür, o, hələ də əvvəlki bozqurddur, sadəcə indi qoyun dərisinə bürünüb”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.