
Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Görüşdə müzakirə olunan mövzular açıqlanmayıb.
Qeyd edək ki, bu gün Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü keçirilib.