
Bütün Ermənilərin Katolikosu II Qareginin dəvəti ilə yepiskopların görüşü 16-19 fevral tarixlərində Avstriyanın Sankt-Pölten şəhərində keçiriləcək.
Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, bu barədə katolikosun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Erməni Kilsəsinin Milli Kilsə məclisi istisna olmaqla, hər hansı bir kollegial orqanı istənilən yerdə iclas keçirə bilər.
Xatırladaq ki, iclas hakimiyyətlə Kilsə arasında çoxdan davam edən qarşıdurma fonunda keçiriləcək.