
ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə Sülh Şurasına İsrailin Baş naziri Benyamin Netanyahunu da dəvət edib.
Senzor.az İsrail mediasına istinadən bildirir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Qeyd edək ki, atəşkəz razılaşmasının bir hissəsi olaraq, Qəzzada post-HƏMAS dövründə idarəçiliyin həyata keçirilməsi üçün texnokratik hökumət yaradılıb.
Bu hökumətə nəzarət məqsədilə təşkil ediləcək “Sülh Şurası”nda iştirak üçün bir sıra ölkələrin rəhbərləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin dəvət ediliblər.