
Şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.
Senzor.az bildirir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 18-də Günəşdə qeydə alınan alışma nəticəsində yaranmış tac kütlə atılmalarının 20 yanvarda Yer kürəsinə çatacağı gözlənilir.
Bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.