
Rusiya Prezidenti Vladimir Putin diplomatik kanallar vasitəsilə ABŞ-dan Qəzza üzrə Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıb.
Senzor.az Rusiya KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Prezident Putinə diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə daxil olmaq, həqiqətən də, təklif edilib. Hazırda bu təklifin bütün təfərrüatlarını öyrənirik. Bütün nüansları aydınlaşdırmaq üçün ABŞ tərəfi ilə əlaqələrə ümid edirik", - deyə o vurğulayıb.