
Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl Facebook hesabında paylaşım edib.
O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı reanimasiya şöbəsində müalicə alır.