
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın ünvanına səsləndirdiyi ittihamları cavablandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Cənab Aunun şərhlərindən belə düşünmək olar ki, sanki Livan ərazisinin 1/5-ni işğal edən, livanlıların 1/4-ni didərgin salan və hər gün bu ölkəni bombalayan İrandır”, - Əraqçi bildirib.
Onun sözlərinə görə, əgər Tehran Livandan alət kimi istifadə etsəydi, çoxdan sövdələşmə əldə edilmişdi.
“Livanı əsl düşməninizin əlindən xilas edin, cənab Prezident”, - iranlı nazir əlavə edib.
Xatırladaq ki, Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində İranın ünvanına kəskin tənqidlər səsləndirərək, rəsmi Tehranı ABŞ ilə aparılan danışıqlarda Livandan bir alət və “sövdələşmə vasitəsi” kimi istifadə etməkdə günahlandırıb.(Bax: https://senzor.az/uzbeuz/59247-prezidenti-cozef-aun-irana-xeberdarliq-etdi.html)