Sankt-Peterburqa dron hücumu – ZELENSKİ DƏ TƏSDİQLƏDİ
VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sankt-Peterburq vilayətinə dron hücumu həyata keçirib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sosial şəbəkələrdə şəhərdə yerləşən neft terminalının ərazisində yanğının baş verdiyini əks etdirən kadrlar yayılıb. 

 

Regionun qubernatoru Aleksandr Beqlov dron hücumunun dəf edildiyini, hücumun texnogen fəsadlarının aradan qaldırıldığını açıqlayıb. O, hücum nəticəsində zərərçəkənlərin olmadığını bildirib. Qubernator həmçinin iyulun 4-nə keçən gecə Sankt-Peterburq şəhəri və vilayəti üzərində 72 dronun vurulduğunu qeyd edib.

 

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski ölkə hərbçilərinin Sankt-Peterburq yaxınlığındakı liman neft infrastrukturuna, eləcə də Kronştadta zərbələr endirdiyini təsdiqləyib.

 

"Bu gecə Ukraynanın Rusiyaya qarşı bu müharibəyə görə tətbiq etdiyi uzaqmənzilli zərbələri Sanq-Peterburq yaxınlığında işə düşüb. Ukrayna Müdafiə Qüvvələri Rusiya müharibəsi üçün gəlir təmin edən liman neft infrastrukturuna zərbə endirib, həmçinin mühüm hərbi hədəf olan Kronştadtda da hədəflər vurulub. Həmin ərazi ilə Ukraynanın dövlət sərhədi arasında məsafə 850 kilometrdən çoxdur", - deyə V.Zelenski “Teleqram” kanalında yazıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.