
Azərbaycan yığması UEFA Millətlər Liqasının D Divizionunda ilk oyununu keçirib.
Senzor.az bildirir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.
Kaunasın Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.
Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə başlayıb.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib. Yeri gəlmişkən, yığmamız qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.