“İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”.
TASS xəbər verir ki, bunu İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.
“Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”, - Xərrazi bildirib.
Kamal Xərrazi
Strateji Şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər.