Rusiyanın Baş naziri Mixail Mişustinlə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında telefon danışığı olub.
Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Yeri gəlmişkən, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin srağagün İrəvanda olmuş və Nikol Paşinyanla görüşmüşdü.