Böyük Britaniyada ardıcıl ikinci hərbi hava qüvvələri bazası öz funksiyalarını yerinə yetirə bilməyib.
Mk.ru-nun yazdığına görə, buna anomal istilər səbəb olub.
Krallığın ən böyük hərbi hava bazası olan Oksfordşirdəki “Brize Norton” bazasında uçuşlar dayandırılıb.
Bildirilib ki, həddindən artıq isti hava uçuş-eniş zolaqlarını “yumşaq və yapışqan” edib.
Hazırda Britaniyanın Müdafiə Nazirliyi anomal istilər səbəbindən hərbi əməliyyatların pozulmasının qarşısını almaq üçün tədbirlər planı hazırlayır.
Qeyd edək ki, bir müddət öncə Linkolnşirdəki “Cranwell” bazası da eyni səbəbdən fəaliyyətini dayandırıb.