Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.
Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edirlər.
Əvvəlcədən məlumat verildiyi kimi, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.
Bundan başqa, Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.