Ukrayna “Bayraktar”ın istehsalına dair Türkiyə ilə sazişi təsdiqləyib

Ukrayna hökuməti Türkiyə ilə yüksək texnologiyalar, aviasiya və kosmos sahələrində əməkdaşlığa dair sazişin ratifikasiyasına dair qanun layihəsini təsdiqləyib və bu, Ukraynada Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və texniki xidməti üzrə zavodun tikintisinə imkan verəcək.

 

TASS xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

 

“Ukrayna hökuməti ilə Türkiyə hökuməti arasında yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında” qanun layihəsi təsdiq edilib. Layihə 03.02.2022-ci il tarixində Kiyevdə bağlanmış sazişin ratifikasiyası edilməsi üçün parlamentə təqdim edilməsini nəzərdə tutur”, - o, parlament iclasından sonra Teleqram kanalında yazıb.

 

Ukraynanın Baş naziri Denis Şmıqalın özü isə bildirib ki, artıq bu gün Nazirlər Kabineti Türkiyə ilə sazişin ratifikasiyasına dair layihəni parlamentə göndərəcək. “Hökumət bu gün Ali Radaya Ukrayna və Türkiyə arasında yüksək texnologiyalar, aviasiya və kosmik fəaliyyət sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasına dair layihə göndərəcək. Bu isə Ukraynada şanlı “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə zavodun tikilməsinə imkan verəcək”, - deyə iclası açarkən o bildirib.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.