ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi (1969-1975) Henri Kissincer hesab edir ki, hazırkı avropalı siyasətçilərin təlimatları yoxdur və onlar qarşılarında duran çağırışları başa düşmürlər.
O bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.
Kissincer, xüsusən də Fransa Prezidenti Emmanuel Makronu və Almaniya Kansleri Olaf Şoltsu tənqid edib, onlara və başqalarına nümunə olaraq Almaniyanın ilk federal Kansleri (1949-1963) Konrad Adenaueri və İkinci Dünya Müharibəsi zamanı Fransa müqavimət hərəkatına rəhbərlik edən və sonra Beşinci Respublikanın qurucusu və ilk Prezidenti (1959-1969) olan general Şarl de Qollu göstərib.
Amerika siyasətinin və diplomatiyasının patriarxı Henri Kissincer hesab edir ki, ABŞ-ın və bütövlükdə dünyanın daha görkəmli siyasi liderlərə ehtiyacı var.(“Report”)