Rusiyanın “Utair” aviaşirkəti Surqut-Bakı marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 2-ə çatdıracaq.
“İnterfaks” xəbər verir ki, artıq bu marşrut üzrə aviareyslər həftənin bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.
Ümumilikdə, “Utair” şirkəti Surqut şəhərindən 6 xarici ölkə şəhərinə - Bakı, Bişkek, İrəvan, Oş, Daşkənd və Xücəndə yeni reyslər əlavə edib.