Ərdoğan Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclasını keçirdi
NƏLƏR MÜZAKİRƏ OLUNUB?

İyulun 21-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. 

 

Məlumata görə, iclasda PKK/KCK, PYD/YPG, FETÖ və İŞİD başda olmaqla Türkiyənin milli birlik və bərabərliyinə yönəlmiş təhlükə və təhdidlərə qarşı ölkə daxilində və sərhədlərdən kənarda qətiyyətlə icra edilən antiterror əməliyyatları haqqında Milli Təhlükəsizlik Şurasına məlumat verilib və əlavə tədbirlərin görüldüyü qeyd olunub.

 

FETÖ ilə mübarizə, NATO liderlərinin sonuncu zirvə görüşündə müzakirə olunan məsələlər və s. məqamların xatırladıldığı məlumatda qeyd olunur ki, bu çərçivədə müttəfiqləri FETÖ, PKK/KCK-PYD/YPG ilə mücadilədə Türkiyənin yanında olmağa dəvət ediliblər.

 

Gündəlikdə olan digər beynəlxalq məsələlərdən də bəhs olunan məlumatda vurğulanır ki, beynəlxalq hüququ heçə sayaraq mehriban qonşuluq və müttəfiqlik əlaqələrinə zidd mövqeyini israrla davam etdirən Yunanıstanın su və hava sərhədlərini davamlı pozması qəbul edilə bilməz.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.