Suriya ordusu Türkiyə sərhədinə yaxın bölgələrə yerləşdirilib.
Bu barədə “Röyter” məlumat yayıb.
Agentlik sərhədə yerləşdirilən hərbçilərin fotolarını da paylaşıb.
Suriya ordusunun Əli əl-Nəsr adlı zabiti “Assoşeyted Press” agentliyinə verdiyi açıqlamasında Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə yerləşdirildiklərini bildirib.
Bundan başqa, Əsəd ordusunun olduğu ərazilərdə Rusiyanın hərbi helikopterləri patrul xidməti aparıblar.