ABŞ Prezidenti Cozef Baydenin administrasiyası tələb olunan MQ-1C Grey Eagle dronlarını Ukraynaya göndərməkdən imtina edib.
Bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti dronların Rusiya Federasiyasının əlinə keçə biləcəyindən ehtiyat edir.
Qeyd olunub ki, Bayden administrasiyası döyüş meydanında qabaqcıl texnologiyanın potensial itirilməsindən tutmuş ukraynalılara pilotsuz təyyarələrdən istifadə etmək üçün təlim keçmək zərurətinə qədər bir sıra narahatlıqları əsas gətirərək tələbi təsdiqləməkdən çəkinir.
Xatırladaq ki, Ukrayna bu dronları xeyli əvvəl istəyib.