ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırmaları nəticəsində müəyyən edilib ki, ölkənin mühüm hərbi obyektlərinin yaxınlığında yerləşən Çin istehsalı olan mobil rabitə avadanlığı Pentaqonun rabitəsini kəsə və hətta ABŞ nüvə arsenalına nəzarəti ələ keçirə bilər.
Bu barədə CNN məlumat yayıb.
Kanalın eksklüziv kadrlarında deyilir: “FTB-nin araşdırması göstərir ki, bu avadanlıq ABŞ-ın nüvə arsenalına nəzarət etmək üçün pəncərə açaraq, Müdafiə Nazirliyinin kommunikasiyalarını aşkar etmək, ələ keçirmək və hətta pozmaq qabiliyyətinə malikdir”.
O da qeyd olunub ki, ABŞ-dakı kiçik telekommunikasiya şirkətləri ucuz və etibarlı olduğunu əsas gətirərək Çin texnologiyasından istifadə etməyə davam edir.