Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Qarsda - Türkiyə-Ermənistan sərhədində olub.
Senzor.az Türkiyə KİV-inə istinadən bildirir ki, o, Akyaka bölgəsi yaxınlığındakı Doğukapı keçid məntəqəsinə baş çəkib.
Kılıç həmçinin Qarsda rəsmilərlə bəzi danışıqlar aparıb.
Xatırladaq ki, daha əvvəl Akyaka rayonunun İbiş kəndi yaxınlığında 20 gündür minatəmizləmə işlərinin aparıldığı barədə məlumat yayılmışdı.