Rusiyada tanınmış yəhudi ictimai-siyasi xadim saxlanıldı
SƏBƏB?

Rusiyanın tanınmış siyasətçisi, ictimai xadim yəhudi Leonid Qozman polis tərəfindən saxlanılıb.

 

“İnterfaks” bildirir ki, bu barədə onun vəkili Mixail Biryukov məlumat verib.

 

M.Biryukov müvəkklinin saxlanılması səbəbinin hələ ki, məlum olmadığını deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Leonid Qozmanın federal axtarış da olduğunu bildiriblər: “Axtarış üçün də əsas olmayıb. Odur ki, Leonid Qozmana qarşı hələ heç bir ittiham irəli sürülməyib”.

 

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər. Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanların bazasında Leonid Qozmanın da kartı var.

 

Məlumata görə, Qozmanı bu il iyulun 15-də saxlayaraq İstintaq Komitəsində İsrail vətəndaşı olması barədə uyğun qurumları məlumatlandırmadığı üçün dindirdikdən sonra sərbəst buraxıblar.

 

“Report” xatırladır ki, Leonid Qozman 1950-ci il iyulun 13-də Rusiyanın Leninqrad şəhərində anadan olub. O, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. 1992-ci ildə Boris Yeltsinin prezidentliyi dönəmində RF-nin Baş naziri olmuş Yeqor Qaydarın müşaviri olub. 1996-1998-ci illərdə Rusiya Prezident Administrasiyasının müşaviri, 1999-cu ildə Rusiya “Vahid Energetik Sistem” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Anatoli Çubaysın müşaviri, 2000-2008-ci illrədə Cəmiyyətin İdarə Heyətinin üzvü, 2008-2011-ci illərdə Sağ İş Partiyasının həmsədri olub. Sağ qüvvələr ittifaqı ictimai hərəkatının prezidentidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.