Kiyevdə Ukrayna prezidentinin xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə birinci xanımlar və cənabların II Sammiti keçirilib. “1+1” telekanalı xəbər verir verir ki, tədbirdə Litvanın və Latviyanın birinci xanımları şəxsən iştirak ediblər, ABŞ, Fransa, Almaniya, Türkiyə və Serbiyanın birinci xanımları isə müzakirələrə onlayn formatda qatılıblar.Azvision.az xatırladır ki, Birinci Xanımlar və Cənabların ilk Sammiti 2021-ci ildə Ukraynanın Müstəqillik Günü ərəfəsində - avqustun 23-də baş tutub. Həmin gün paytaxt bu formatda yüzlərlə yüksək səviyyəli qonağı qəbul edib. Birinci xanımlar, cənablar, aktyorlar, rəy liderləri, ekspertlər Sofiya Kiyevskayada humanitar, sosial və mədəni layihələri müzakirə ediblər.
Tədbir hibrid rejimdə keçirilib. Qonaqlardan bəziləri, o cümlədən ABŞ-ın birinci xanımı (1993-2001) Hillari Klinton onlayn formatda danışıblar. Kiyevə müxtəlif ölkələrdən ümumilikdə 11 nümayəndə gəlib. Sammitdə Braziliya, İsrail, Kosta-Rika, Latviya, Litva, Serbiya, Almaniya, Xorvatiyanın birinci xanımları, həmçinin Avropa Şurası sədrinin xanımı və Livan Respublikası Prezidentinin qızı iştirak ediblər.
Sammitdə əsas müzakirə mövzusu COVID-19 ilə bağlı vəziyyət olub. İştirakçılar ölkələrinə pandemiyanın təsirlərini aradan qaldırmağa kömək edən ən yaxşı təcrübələri bölüşüblər.
Onlar həmçinin gender hüququ problemləri, məişət zorakılığı ilə mübarizə, təhsil və tibb imkanları, dezinformasiya ilə mübarizə məsələlərini müzakirə ediblər. Sammitdə silahlı qarşıdurma vəziyyətində qadınların, uşaqların və ailələrin qorunmasının zəruriliyi ilə bağlı bəyanat verilib.