Türk dövlətləri xüsusi xidmət orqanlarının rəhbərləri Qırğızıstan konfransında
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNƏ ƏLİ NAĞIYEV BAŞÇILIQ EDİR

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları (TÜRKON) Konfransının XXIV iclası keçirilir.

 

Senzor.az bildirir ki, Azərbaycanı toplantıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil edirlər.

 

İclasda eyni zamanda, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Abdusalom Əzizov iştirak edirlər.

 

Konfransda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.

 

Qırğızıstan Prezidenti Sadır Japarov nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. 

O bildirib ki, dərin tarixi əlaqələr, çoxəsrlik mehriban qonşuluq təcrübəsi, həmçinin ölkələr və xalqlar arasında səmərəli əməkdaşlıq türk dövlətlərinin xüsusi xidmət orqanları arasında əlaqələri dərinləşdirir.

 

Xatırladaq ki, TÜRKON 20 may 1998-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən təsis edilib. Özbəkistan TÜRKON-a 2018-ci ildə qoşulub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.