ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırdığını bildirib.
Senzor.az-ın xarici KİV-ə istinadən məlumatına görə, E.Blinken deyib: “Müharibə başlayandan bəri ilk dəfə Rusiya xarici işlər naziri ilə danışacağımı gözləyirəm”.
Amerika rəsmisinin sözlərinə görə, söhbətdə o, Rusiyada mühakimə edilən və həbsdə olan ABŞ vətəndaşları Pol Uilan və Britni Qrinerin azadlığa buraxılması imkanlarını müzakirə etməyi planlaşdırır. Bundan əlavə, Blinken taxıl müqaviləsi məsələsini qaldıracağını gözləyir.
Dövlət katibi onu da vurğulayıb ki, rusiyalı nazirlə Kiyevin iştirakı olmadan Ukrayna üzrə danışıqlar aparmayacaq.
Senzor.az