ABŞ-da Respublikaçı və Demokrat partiyalarına rəqib yaranır
“FORWARD”

ABŞ-ın Respublikaçı və Demokrat partiyalarının bir qrup keçmiş nümayəndəsi yeni siyasi partiya yaradırlar. 

 

Bu barədə “Reuters” məlumat yayıb.

 

Onların planına görə, bu, ölkədə üçüncü siyasi qüvvəyə çevrilməlidir.

 

“Forward” (İrəli) adlanan yeni partiyaya biznesmen, Demokrat Partiyasından prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu-Cersinin keçmiş qubernatoru Kristin Todd Uitman sədrlik edəcək. Partiyanın təsisçiləri ümid edirlər ki, onların siyasi birləşməsi respublikaçılar və demokratlara əlverişli alternativ olacaq.

 

Partiyanın başlanğıc büdcəsi 5 milyon dollar olacaq. Yeni siyasi birlik qeydiyyatı başa çatdırmağı və 2024-cü ildə keçiriləcək seçkilərdə 50 ştatın hamısında respublikaçılar və demokratlarla birlikdə iştirak etməyi planlaşdırır.

 

Qeyd edək ki, ABŞ-da XIX əsrin ortalarından etibarən ikipartiyalı sistem inkişaf edib. Digər partiyalar ölkənin həyatında əhəmiyyətli rol oynamır və geniş ictimaiyyət arasında az tanınır, baxmayaraq ki, federal səviyyədə 40-a yaxın, regional səviyyədə isə eyni sayda milli siyasi birlik var. Onlar “üçüncü” və ya “kiçik” partiyalar kimi tanınır, onların seçkidəki namizədləri isə “kənar namizədlər” adlanır. Bunlar arasında ən nüfuzlusu üçü sayılır: Konstitusiya, Yaşıllar və Libertarian Partiyası.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.