Elektron mediada və sosial şəbəkələrdə qorunan məlumatların və dezinformasiyaların yayılmasının qarşısını necə almaq olar? – MƏTBUAT ŞURASINDA MÜZAKİRƏLƏR APARILDI
VİDEO

Mətbuat Şurasında sosial şəbəkələrdə və elektron mediada ordu ilə bağlı qorunan məlumatların, habelə dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib.

 

Senzor.az bildirir ki, tədbirdə ölkənin bir sıra media orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxış edərək son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmasına görə öz narahatlığını ifadə edib.

 

Bildirib ki, xüsusən Azərbaycan Ordusu ilə bağlı tirajlanan saxta məlumatlar Silahlı Qüvvələrin nüfuzuna xələl gətirir.

 

Sosial media və sosial şəbəkələrin cəmiyyət üçün açıq qapı olduğunu vurğulayan “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu isə deyib ki, burada asan şəkildə dezinformasiyalar yayıla bilir.

 

O, bunun qarşısının alınmasının zəruri olduğunu bildirib.

 

R.Arifoğlu bildirib ki, hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır. O, buna görə də media nümayəndələrini sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməyə çağırıb.

 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir.

 

O, buna baxmayaraq, həm sosial şəbəkələrdə, həm də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılmasın yolverilməz olduğunu vurğulayıb.

 

Əməkdar jurnalistin sözlərinə görə, əgər kimsə bilərəkdən yalan və saxta, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir.

 

Tədbir digər çıxışlarla davam edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.