Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazandıqdan sonra Bakıda təntənəli şəkildə qarşılanıb.
Senzor.az xatırladır ki, komandamız İsveçrənin Sürix şəhərində eyniadlı klubla 2:2 hesabı ilə heç-heçə oynayıb və iki oyunun nəticəsinə görə (5:4) növbəti mərhələyə yüksəlib.
“Qarabağ” 3-cü turda Macarıstanın “Ferensvaros” klubu ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq avqustun 3-də və 9-da Bakıda və Budapeştdə baş tutacaq.