Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq "MEMATT"lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə, qardaş Azərbaycana 20 "MEMATT" verilib”, - nazirlikdən bildirilib.