Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi ölkənin Odessa limanından yola düşüb.
Məlumatı “CNN Türk” yayıb.
Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı qarğıdalı ilə yüklənmiş gəmi Livana gedəcək.
Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstanbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən müəyyən edilmiş dəhlizlər və prosedurlar çərçivəsində digər gəmilərin də yola salınması planlaşdırılır.