Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Özbəkistana rəsmi səfəri başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN rəhbəri “Tvitter” səhifəsində yazıb.
Onu ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu müşayiət edirlər.
Çavuşoğlunun səfərinin əsas məqsədi Daşkənddə keçiriləcək Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Nazirlər Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə duran aktual məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gələcəklər.