Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüblər.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
"Qəbulda Prezident İlham Əliyevin salamlarını çatdırdıq. İki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. İki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır", - deyə M.Cabbarov qeyd edib.
The political will and friendly ties between the
3/3
— Mikayil Jabbarov (@MikayilJabbarov)