ABŞ-Tayvan əlaqələrinin üç vacib - təhlükəsizlik, idarəetmə və iqtisadiyyat istiqamətləri mövcuddur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
Onun sözlərinə görə, ABŞ-la Tayvan arasında təhlükəsizliklə bağlı əlaqələr güclüdür: "Biz bunu daha da möhkəmləndirməyin yollarını müzakirə etdik. İqtisadiyyatla bağlı biz ticarət sazişini müzakirə etdik, bu tezliklə mümkün ola bilər. Mən Tayvanın COVID-lə mübarizəsini alqışlayıram, bu dünya üçün real modeldir".