Türkiyədə Dezinformasiyalarla Mübarizə Mərkəzi yaradılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Tvitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, İdris Kardaş mərkəzin koordinatoru təyin olunub.
F.Altun bildirib ki, məqsəd Türkiyəyə qarşı artan sistemli dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaqdır.