Rusiya Yaxın Şərqdəki hərbi hədəflərə casusluq etmək üçün İran tərəfindən sifariş edilmiş kəşfiyyat peykini orbitə göndərməyi planlaşdırır.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr bildirir ki, Rusiya hakimiyyəti əvvəlcə bundan öz məqsədləri, yəni Ukraynada döyüşən ordusunun maraqları üçün istifadə etmək imkanı əldə edəcək.
“Bu, Moskva ilə Tehran arasında artan siyasi və hərbi əməkdaşlığın daha bir əlamətidir”, - nəşr vurğulayıb.
Qeyd edilib ki, İranın “Canopus-5” seriyalı kosmik aparatın alınması ilə bağlı danışıqlar dörd il davam edib. "Roskosmos" onu avqustun 9-da "Baykonur" kosmodromundan buraxmağı planlaşdırır. “Xəyyam” adlanan qurğu normal kamera ilə təchiz edilsə də o, Amerika kəşfiyyat peyklərindəkindən xeyli zəif sayılır. Lakin bu, iranlılara İsrail və Fars körfəzindəki obyektlərin demək olar ki, daimi monitorinqini aparmaq imkanı verəcək. Rusiya isə Ukraynadakı hərbi hədəfləri peyk vasitəsilə izləyə biləcək.(azvision.az)