Almaniya Ukraynaya daha 4 “Gepard” özüyeriyən zenit qurğusu və onlar üçün təxminən 50 min sursat təhvil verib.
UNIAN bildirir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.
Beləliklə, Almaniyanın Ukraynaya verdiyi “Gepard”ların ümumi sayı 12-yə çatıb.
Qeyd edək ki, ötən həftə Almaniya Ukrayna Silahlı Qüvvələrinə həmçinin 10 yüksəkmobilli, çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 3 zirehli təmir-təxliyə maşını, 8 pilotsuz uçuş aparatları ilə mübarizə qurğusu, 8 mobil yerüstü radar və termal görüntüləmə aparatı və dərmanlar üçün bir neçə soyuducu verib.