Türkiyədə tikintisi tamamlanan 34 su elektrik stansiyasının rəsmi açılış mərasimi olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Mərasimdə çıxış edən Türkiyə Prezidenti 16 milyard lirə investisiya dəyəri olan bu elektrik stansiyalarının ölkəyə illik 2,7 milyard lirə iqtisadi fayda verəcəyini, son 20 ildə Türkiyədə 605 yeni su elektrik stansiyasının istismara verildiyini bildirib.
Prezident Ərdoğan hazırda ölkədə fəaliyyət göstərən bu cür stansiyaların sayının 730-a çatdığını bildirib.
Türkiyə Prezidenti, həmçinin ölkədaxili məsələlər barədə danışıb.