ABŞ elit hava-desant diviziyasını Avropaya yerləşdirir.
“Yevropeyskaya pravda”nın yazdığına görə, ABŞ-ın NATO-dakı missiyasının məlumatında belə deyilir.
“80 ildən sonra "Qışqıran Qartallar" kimi tanınan 101-ci Hava Desant Diviziyası Avropaya qayıdır. Təxminən 2400 əsgər Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya göndəriləcək. Məqsəd NATO-nun şərq cinahını qorumaq, müttəfiqlərimizi sakitləşdirmək və nəzarət altına almaqdır”, - deyə “Twitter”də yayılmış məlumatda bildirilir.
ABŞ ordusunun 101-ci diviziyası İkinci Dünya müharibəsi illərində döyüş əməliyyatlarında, o cümlədən 1944-cü ildə Normandiyada müttəfiqlərin çıxarılmasında fəal iştirak edib.
Returning with a bang
After 80 years, the 101st Airborne Division, known as Screaming Eagles, returns to Europe. Nearly 2,400 soldiers will be deployed to 🇷🇴, 🇧🇬, 🇭🇺, and 🇸🇰, to protect NATO’s eastern flank, reassure our Allies, and deter our adversaries. #WeAreNATO pic.twitter.com/4uGnZzpbFA
— US Mission to NATO (@USNATO) August 11, 2022