BP “Şahdəniz Alfa” platformasından hasilatı dayandırıb - 14 GÜNLÜYƏ

“BP-Azerbaijan” şirkəti profilaktik işlərlə əlaqədar “Şahdəniz” qaz yatağındakı platformalardan birində hasilatı avqustun 14-dən başlayaraq 14 gün ərzində dayandırıb.

 

Senzor.az bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

 

"“BP Azerbaijan” "Şahdəniz"in illik iş proqramının bir hissəsi olaraq "Şahdəniz Alfa" platformasında və Səngəçal terminalındakı "Şahdəniz-1" qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirməyə başlayıb. Plana əsasən, "Şahdəniz Alfa" platformasından hasilat 2022-ci il avqustun 14-dən başlayaraq 14 gün ərzində dayandırılır ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin”, - deyə şirkətin mətbuat xidmətindən bildirilib.

 

Proqram çərçivəsində Səngəçal terminalının "Şahdəniz-1" hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək.

 

Paralel olaraq, “Şahdəniz Alfa” platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçiriləcək.

 

“Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2021-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. “Alfa” platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib”, - deyə məlumatda qeyd olunub.

 

Proqram müddəti ərzində “Şahdəniz Bravo” platforması və ümumilikdə “Şahdəniz 2” hasilat və ixrac sistemi, Səngəçal terminalındakı “Şahdəniz 2” qurğuları normal əməliyyatlarını, o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

 

Həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) platformalarının hamısından - Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

 

Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

 

Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

 

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

 

“Mərhələ-2” çərçivəsində hasilatın illik həcmi 16 milyard kubmetr qaz təşkil edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.