İrəvan metrosu yenə dayandı
NÖVBƏTİ “BOMBA HƏYƏCANI”

Ermənistanda növbəti dəfə terror həyəcanı yaşanıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İrəvan metrosu paytaxt sakinlərinə müraciət ünvanlayaraq stansiyaların müvəqqəti bağlı qalacağını bəyan edib.

 

Xəbərdarlıqda bildirilir ki, avqustun 16-sı saat 10:05-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metro stansiyalarına partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Xilasetmə Əməliyyatları Mərkəzinin kinoloji dəstəsi və Mülki Müdafiə Qoşunlarının mühəndis-xilasetmə dəstəsi stansiyalara cəlb edilib.

 

Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb.

 

Xatırladaq ki, avqustun 2-də və 14-də  də İrəvanda metronun minalanması xəbəri yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.