Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərar qəbul edilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir Türkiyə dövləti tərəfindən İsrailin Təl-Əviv şəhərinə səfir təyin ediləcəyi ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb.
Bu arada məsələ ilə bağlı İsrail Baş nazirinin Ofisi də məlumat yayıb.
Qeyd olunub ki, İsrail və Türkiyə diplomatik münasibətləri tam şəkildə bərpa edirlər.
O da vurğulanıb ki, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Yair Lapid arasında danışıqlardan sonra qəbul olunub.