BMT-nin Baş katibi Antoniu Quterreş bu gün Ukraynanın qərbində yerləşən Lvov şəhərinə səfər edib.
Senzor.az bildirir ki, bu barədə Baş katibin ofisindən bildirilib.
Qeyd olunub ki, Baş katib orada Ukrayna lideri Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Yeri gəlmişkən, Türkiyə tərəfi dünən R.T.Ərdoğanın Ukraynaya səfər edəcəyi barədə məlumat yaymışdı.