“Yeni Çernobıl faciəsi yaşamaq istəmirik” - ƏRDOĞAN ÜÇTƏRƏFLİ GÖRÜŞDƏN SONRA DAHA NƏLƏR DEDİ?
FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Lvov şəhərində qatıldığı üçtərəfli zirvə toplantısından sonra birgə mətbuat konfransında açıqlama verib.

 

Bu barədə “Haber Global” məlumat yayıb.


O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

 

“Cənab Zelenski ilə bugünkü ikitərəfli görüşlərdə biz ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri bütün ölçülərdə qiymətləndirdik. Təbii ki, 6 aya yaxındır davam edən müharibə danışıqlarımızın əsas mövzusu olub.

 

Bu münasibətlə biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladıq. Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən toqquşmalardan narahat olduğumuzu bildirdik. Biz yeni Çernobıl yaşamaq istəmirik”, - deyə Ərdoğan bəyan edib. 

Dövlət başçısı üçtərəfli görüşün təfərrüatlarını da açıqlayıb.

 

“BMT-nin Baş katibi cənab Quterssenin iştirakı ilə keçirdiyimiz üçtərəfli görüşün mövzusu müharibəni necə bitirmək idi.

 

Bildiyiniz kimi, biz BMT-Ukrayna-Rusiya və Türkiyə olaraq cəmi bir ay əvvəl tarixi bir uğura imza atdıq. Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul sazişinin müsbət təsirini təkcə Ukrayna deyil, bütün dünya hiss etməyə başladı. Razılaşmanın əldə edildiyi avqustun 1-dən biz ümumilikdə 25 gəmi ilə təxminən 625 min ton Ukrayna taxılını dünya bazarına daşıyıb çıxarmışıq. Bugünkü təmaslarımızda biz mövcud mexanizmin fəaliyyətinin artırılması üçün atıla biləcək addımlar üzərində dayandıq.

 

Üçtərəfli görüşümüzdə İstanbul Konsensusunun yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını da dəyərləndirdik. Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğuna diqqət çəkdik. Şəxsən mən müharibənin son nəticədə danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əslində, cənab Zelenski və Quteress bu məsələdə həmfikirdirlər. Bütün məsələ danışıqlar masasına aparan ən qısa və ədalətli yolu müəyyən etməkdir.  Hesab edirəm ki, martda İstanbulda formalaşan parametrlər əsasında danışıqları canlandırmaq mümkündür. Bu məqsədə çatmaq üçün hər cür dəstəyi göstərmək üçün yenidən vasitəçi rolunu oynamağa hazırıq.

 

Təbii ki, görüşümüzdə hərbi əsirlərin mübadiləsini və bununla bağlı təşəbbüslərimizi müzakirə etdik və bildirmək istərdim ki, biz bu məsələyə böyük əhəmiyyət veririk.

 

Biz cənab Putin və Rusiya tərəfi ilə bu gün keçirdiyimiz bütün görüşlərin nəticəsini dəyərləndirməyə davam edəcəyik” , - deyə Ərdoğan qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.