Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də keçirilməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlama verib.
“2023-cü il iyunun 18-də keçiriləcək seçkilər Prezidentimizin ikinci dəfə iştirak edəcəyi seçkilər olacaq. Burada əlavə şərhə ehtiyac yoxdur. Gizli, ikimənalı nəsə axtarmaq lazım deyil”, - nazir deyib.