Rusiya Milli Respublika Ordusu Bəyanat yaydı: “DARYA DUQİNANI BIZ ÖLDÜRDÜK”
VİDEO

Ötən gün Aleksandr Duqinin qızı Darya Duqinanın həlak olması ilə nəticələnən teraktın məsuliyyətini Rusiya Milli Respublika Ordusu (MRO) adlı qrup öz üzərinə götürüb.

 

Bununla bağlı You Tube sosial şəbəkəsindəki “Utro fevralya” kanalı məlumat yayıb.

 

Bildirilib ki, son aylar Rusiyadakı yanğınları da “Rusiya partizanları” törədib.

 

Videoda Darya Duqinanın Ukraynadakı qətliamlara haqq qazandırdığını əks etdirən çıxışlarına yer verilib.

 

Aparıcı,  Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov MRO ilə əlaqə saxladığını bildirib və deyib ki, onlar Rospartizanların Manifestinin oxunması üçün ona "səlahiyyət" veriblər.

 

“Biz, rusiyalı fəallar, hərbçilər və siyasətçilər, hazırkı Milli Respublika Ordusunun partizanları və döyüşçüləri, Rusiya xalqlarının müharibəsini qızışdıranları, soyğunçuları və zalımları qanunsuz hesab edirik” sözləri ilə başlayan bəyanatda Putin hərbi cinayətkar adlandırılır, onun slavyan xalqları arasında qardaş qırğını saldığı deyilir...

 

"Putini devirəcək və məhv edəcəyik! Hədəfimiz - Rusiyanın və onun qonşularının məhvinə son qoyulması, xalqımızın sərvətini sümürən, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml işbazının fəaliyyətini dayandırmaqdır.

 

Dünya Rusiyaya düşmən deyil, Rusiya da insanlığın düşməni deyil və biz bunu sübut edəcəyik”, - Manifestdə vurğulanır.

 

Rus əsgərlərini Suriyada, Gürcüstanda və digər ölkələrdə insanlara atəş açmamağa çağıran Manifestdə qeyd edilir ki, onlar  Rusiyadakı bütün xalqlara azadlıq verəcək və yeni cəmiyyət quracaqlar – oliqarxsız, korrupsiyasız, məmur özbaşınalığı olmayan bir cəmiyyət.

 

MRO mülki obyektlərə hucum etməyəcəyini vəd edib.

 

İ. Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.

 

İ.Ponomaryov Milli Respublika Ordusunun fəaliyyətini dəstəklədiyini də bildirib və bütün rusiyalıları MRO-ya dəstək olmağa çağırıb.

 

Efirə MRO-nun partizanı da çıxıb. Üzü bağlı olan partizan Putinə qarşı fikirlər səsləndirib və deyib ki, 20 illik diktaturaya son qoymağın vaxtıdır.

 

Daha ətraflı videoda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.