Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Jozep Borrel ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, Borrel bu barədə “Tvitter” hesabında məlumat paylaşıb.
"Mən Türkiyənin Ukrayna taxılının ixracına dair razılaşmanın təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün təsirinin yumşaldılmasında rolunu vurğuladım. Avropa İttifaqı sanksiyalarının təsirini müzakirə etdik. Türkiyənin müharibəni dayandırmaq üçün Rusiya üzərindəki təsirindən istifadə edə biləcəyinə ümid edirik",-deyə Borrel yazıb.