İran nüvə sazişinin bərpası üçün əsas tələbindən imtina edir

İran Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası çərçivəsində bir sıra əsas tələblərdən, xüsusən də bir sıra obyektlərdə uran izlərinin mənşəyi ilə bağlı beynəlxalq araşdırmanın dayandırılması tələbindən imtina edib.

 

Bu barədə “Reuters” adı çəkilməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

“Onlar razılaşmaya mane olan əsas iddiadan ötən həftə əl çəkdilər. Düşünürük ki, onlar nəhayət Rubikonu keçərək ABŞ Prezidenti Co Bayden üçün məqbul şərtlərlə mümkün razılaşmaya doğru addım atdılar. Əgər biz yaxınlaşa bilmişiksə, bu, İranın atdığı addım sayəsindədir. Onlar lap əvvəldən bərk yapışdıqları məsələlərdə güzəştə getdilər”, - deyə mənbə bildirib.

 

Vaşinqton hələ də İranın cavabını öyrənir.

 

“Əgər razılaşma uğur qazanarsa, biz bir sıra sanksiyaları ləğv edəcəyik, lakin İran nüvə proqramını məhdudlaşdırmalıdır”, - deyə mənbə bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.