Sabah İranda pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlim keçiriləcək.
APA-nın məlumatına görə, İsfahan əyalətinin Ənarək bölgəsində keçiriləcək təlimdə müxtəlif hərbi bazalardan 150-dən çox PUA iştirak edəcək.
Təlimlər 1000 kilometrə qədər məsafəni əhatə edəcək.
Manevrlərdə düşmən təyyarələrini aşkarlayan “Omid” antiradar pilotsuz təyyarəsi də iştirak edəcək.
Təlimdə məqsəd pilotsuz təyyarələrin döyüş qabiliyyətini yoxlamaq və onlara qarşı mübarizə sistemlərini qiymətləndirməkdir.